"Xatəm əl-Ənbiya": Trampın İran əleyhinə bəyanatları daxili təbliğat vasitəsidir
ABŞ Prezidenti Donald Trampın İran əleyhinə bəyanatları və davamlı təhdidləri meydandakı reallıqlara əsaslanmaqdan daha çox, sadəcə olaraq daxili təbliğat vasitəsidir.
"Report" İRİB-ə istinadən xəbər verir ki, bu fikirlər İran Silahlı Qüvvələrin Baş Qərargahı və "Xatəm əl-Ənbiya"nın Mərkəzi Qərargahının ABŞ Prezidenti Donald Trampın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında İslam Respublikası ilə bağlı açıqlamalarına cavab bəyanatında yer alıb.
Qeyd olunur ki, bu cür çıxışlar Amerikanın İran xalqına qarşı hücumundakı çıxılmaz vəziyyətini göstərir.
"Əsassız iddiaların və təhdidlərin təkrarlanması, ABŞ ordusunun tükənməsi nəzərə alınmaqla, güc əlaməti deyil, onların strateji acizliyinin göstəricisidir.
ABŞ Prezidentinin bəyanatları güc hesablamalarında heç bir dəyişiklik yaratmır və bu ölkənin yeni dünya nizamındakı tənəzzülə uğramış mövqeyini, həmçinin Amerikanın İrana və müqavimət cəbhəsinə qarşı müharibədəki məğlubiyyətlərini heç vaxt kompensasiya etməyəcək", - bəyanatda qeyd olunub.
Bildirilir ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian xalqın və Silahlı Qüvvələrin mesajını Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında dünyaya çatdıracaq.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













