"Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sərfəli mobil operator "Nar" 23 sentyabr - Beynəlxalq İşarət Dilləri Günü ilə əlaqədar "DanceAbility Azerbaijan" tərəfindən həyata keçirilən "Bütün Vücudlar Danışır" sənədli filminin Azərbaycan işarət dilinə tərcümə olunmasına dəstək göstərib.
Sənədli filmdə "Bütün Vücudlar Danışır" layihəsinin 2024-2026-cı illərdəki fəaliyyəti və iştirakçıların şəxsi təcrübələri əks olunub. Filmin nümayişi "Gənclik Mall" Ticarət Mərkəzində yerləşən "CineMastercard" kinoteatrının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən "Nar"ın baş icraçı direktoru Özgür Genc bildirib: "Bu gün nümayiş olunan filmin Azərbaycan işarət dilində təqdim edilməsi inklüzivliyin digər mühüm tərəfi olan əlçatanlığı ön plana çıxarır. Çünki inklüziv cəmiyyət hər kəsin iştirakına şərait yaratmaqla yanaşı, məlumat və mədəniyyətə bərabər çıxışını da təmin etməlidir". Daha sonra "DanceAbility Azerbaijan"ın rəhbəri Nigar Sultanova və "CineMastercard" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə çıxış edərək, layihənin inklüziv cəmiyyətin formalaşmasında və əlilliyi olan şəxslərin ictimai həyatda bərabər iştirakının dəstəklənməsində əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, "Bütün Vücudlar Danışır" layihəsinin 2025-ci ilin dekabrında başlayan cari mərhələsində 311 nəfər iştirak edib. Onlardan 102-si əlilliyi olan, 209-u isə əlilliyi olmayan şəxslərdir. Təşəbbüs əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təşviq etməklə inklüziv cəmiyyətin gücləndirilməsinə və əlillik mövzusunda ictimai məlumatlılığın artırılmasına yönəlib.
Bu məqsədlə rəqs məşğələləri, icma görüşləri, master-klaslar və digər birgə fəaliyyətlər təşkil olunub. Layihədə iştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya "WhatsApp" üzərindən (+994 77 282 88 80) əlaqə saxlaya bilərlər.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Bakının hansı küçələrində tıxac var?
-
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir
-
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb













