Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
Far.Az xəbər saytı

Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır


Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməkdə maraqlıdır və təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazırdır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-ə üzv dövlətlərin nümayəndələri üçün təşkil olunan qəbulda bildirib.

M.Boçorişvili Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik etmək üçün namizədliyini irəli sürdüyünü və bu istiqamətdə üzv dövlətlərin dəstəyinə ümid etdiyini qeyd edib.

Nazir Avropada təhlükəsizlik məsələlərinin ciddi təzyiqlərlə üzləşdiyini bildirərək, belə bir şəraitdə dialoq və əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb. Onun sözlərinə görə, suverenliyə hörmət, dialoq, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquq və normalara riayət, eləcə də götürülmüş öhdəliklərin yerinə yetirilməsi təhlükəsizliyin əsasını təşkil edir.

M.Boçorişvili münaqişələrin sülh yolu ilə həlli üçün qətiyyət, səbir və siyasi iradənin vacibliyini də qeyd edib.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər