FAO: Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə işlər yekunlaşmaqdadır
Far.Az xəbər saytı

FAO: Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə işlər yekunlaşmaqdadır


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə işlər yekunlaşmaq üzrədir.

"Far.Az" xəbər verir ki, bunu FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, baş direktorun köməkçisi Viorel Gutu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, toxum aqrar sahənin perspektivi baxımından çox vacibdir: "Toxum həm fəlsəfi cəhətdən, yəni həyatın başlanması, digər tərəfdən kənd təsərrüfatı perspektivindən də olduqca önəmli bir mövzudur və FAO olaraq biz də bu konfransın təşkil olunmasına töhfə verməkdən qürur duyuruq. Azərbaycanla tərəfdaşlıq həm texniki yardımın göstərilməsi, həm kənd təsərrüfatı siyasətinin formalaşdırılması, həm də həmin siyasətin uğurla həyata keçirilməsi sahələrini əhatə edir. Yeni tərəfdaşlıq sazişi FAO ilə Azərbaycan arasında artıq yekunlaşmaqdadır. Onun növbəti mərhələsi həyata keçiriləcək ki, toxumçuluq da o sahələrdən biridir. Biz orada Azərbaycan hökuməti ilə birlikdə tərəfdaşlıq edəcəyik".

O bildirib ki, bu ilin iyulunda qəbul edilmiş toxumçuluq haqqında yeni qanun olduqca önəmli qanunvericilik sənədidir: "Bu aqrar sahə üçün olduqca önəmlidir. Eyni zamanda beynəlxalq miqyasda oktyabrın 16-sı Beynəlxalq Ərzaq Günü olaraq qeyd olunur. Bu il Qadın Fermerlər Günüdür, eyni zamanda bu gün Otlaqlar Günüdür. Yəni bütün bu sahələr məhz toxumçuluğun inkişafı, ərzaq təhlükəsizliyinin inkişafı və bu mövzuların nə qədər əhəmiyyətli olduğunu bildirir".

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər