Kolumbiyada 25 nəfər supermarketdə girov götürülüb
Far.Az xəbər saytı

Kolumbiyada 25 nəfər supermarketdə girov götürülüb


Kolumbiyanın Kartaxena şəhərində supermarketdə 25 nəfər girov götürülüb.

"Far.Az" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə noyabrın 24-ü Kolumbiya Prezidenti Abelardo De La Esprielya bildirib. O, hadisə yerinə polis əməkdaşlarının və Silahlı Qüvvələrin bölmələrinin göndərildiyini qeyd edib.

Prezidentin sözlərinə görə, əvvəlcə 30 nəfər girov saxlanılıb. Onlardan beşini – yaşlı qadınları – azad etmək mümkün olub. Esprielya bildirib ki, bu şəxslər uğursuz qarət cəhdindən sonra supermarketdə gizlənən adi cinayətkarlardır.

Yerli medianın məlumatına görə, hadisə Kartaxenanın La-Kastelyana rayonunda "Exito" supermarketlər şəbəkəsinin filialında baş verib. Ərazi polis və hərbçilər tərəfindən mühasirəyə alınıb.

Oxşar xəbərlər

Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb - YENİLƏNİB-9
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər