Nazir: "Super elit və elit toxumların istehsalına subsidiyalar veriləcək"
Azərbaycanda super elit və elit toxumların istehsalına yüksək məbləğli subsidiyalar veriləcək.
"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Toxumçuluq haqqında" qanuna edilən son dəyişikliklərə əsasən özəl sektora toxumçuluq sahəsində daha böyük imkanlar yaradılıb: "Artıq özəl sektor daha yüksək reproduksiyalı toxumları istehsal edə biləcək. Toxum və tinglərin sertifikatlaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və bu proseslərin dövlət nəzarəti altında daha asan üsulla həyata keçirilməsi əsas dəyişikliklərdəndir. Subsidiyalaşdırma baxımından isə toxumçuluğun təşviqi yolunu seçmişik və xüsusilə super elit və elit toxum istehsalında daha yuxarı məbləğli təşviq mexanizmləri formalaşdırırıq".
M.Məmmədov həmçinin fermerlərin bazardakı tələb-təklifə uyğun planlaşdırma aparması üçün süni intellekt əsaslı tənzimləmə mexanizminin hazırlandığını vurğulayıb: "Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rəqəmsallaşdırma və süni intellekt layihələri çərçivəsində əkinlərin mərhələli şəkildə təşviqi və ya təşviq olunmaması mexanizmi üzərində iş aparılır. Məqsəd fermer əkin aparmazdan əvvəl hansı məhsul üzrə nə qədər sahənin bəyan edildiyi barədə onu məlumatlandırmaqdır. Bu mexanizmi işə saldıqdan sonra və fermerlər buna alışdıqdan sonra, bir-iki il sonra da artıq məcburi mexanizmə keçəcəyik, harda ki hər hansı bir məhsulun müəyyən limitli əkinini dövlət tərəfindən təşviq edəcəyik, ondan yuxarı olan əkinləri isə artıq subsidiyaya ayırmayacağıq ki, fermerlər əkməkdə maraqlı olmasınlar və ya artıq ondan sonra əkib-əkməyəcəklərini nəzərə alsınlar".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycanda "Toxumçuluq haqqında" qanun qüvvəyə minib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı













