Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı
Far.Az xəbər saytı

Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı


Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya ilə Ukrayna arasında davam edən müharibənin qarşıdakı bir il ərzində başa çatacağına ümid etdiyini bildirib.

BAKU.WS xəbər verir ki, Kadırov bu barədə keçirdiyi canlı yayım zamanı danışıb.

O, müharibənin dəqiq nə vaxt yekunlaşacağını proqnozlaşdırmağın mümkün olmadığını, bunun Allahın iradəsindən asılı olduğunu vurğulayıb.

"Xüsusi hərbi əməliyyatın nə vaxt başa çatacağını heç kim bilmir, hər şey Uca Yaradanın əlindədir. Dəqiq proqnoz verə bilmərəm, amma ümid edirəm ki, əməliyyat bir il ərzində başa çatacaq", – deyə Çeçenistan rəhbəri qeyd edib.

Kadırov həmçinin xüsusi hərbi əməliyyat zonasında iştirak edən çeçen döyüşçülərinin qarşıya qoyulan nəticələrə nail olmaq üçün fəaliyyət göstərdiklərini və uğurlar əldə etdiklərini iddia edib.

Qeyd edək ki, Ramzan Kadırov daha əvvəl də xüsusi hərbi əməliyyat zonasında özünü göstərmək istəyən şəxslərlə bağlı açıqlama vermişdi. O, davranışları cəmiyyətdə narazılıq doğuran şəxslərin də həmin ərazidə özlərini sübut edə biləcəklərini bildirmişdi.

Oxşar xəbərlər

İlham Əliyev Ramzan Kadırovu qəbul edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar
Sabunçu bazarında REYD - "Allahın cücüsüdür"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər