Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
İqlim dəyişikliyi ilə mübarizədə maliyyə vəsaiti şərtdir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, enerji səmərəliliyinin iki dəfə artırılması və bərpa olunan enerjidən istifadənin üç dəfə artırılması məqsədlərinə dair əldə edilən nəticələr pis və yaxşıdır: "Məyus olduğumuz nəticələr enerji səmərəliliyindədir. Keçən il biz qlobal enerji səmərəliliyinin illik artım tempini 2 %-dən 4%-ə yüksəldilməsi barədə razılaşdıq. Bununla belə, builki rəqəmlərə nəzər saldıqda qlobal enerji səmərəliliyinin artımı cəmi 1 % təşkil edir ki, bu da 10 il əvvəlki göstəricinin yarısıdır”.
O qeyd edib ki, bu il də enerji səmərəliliyinin iki dəfə artırılması mümkün görünmür.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













