Babək rayonunun Xalxal sahəsində geoloji tədqiqatlar aparılır
Naxçıvanın Babək rayonunun Xalxal sahəsində dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir.
Bunu "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini İlkin Tahirov bildirib.
Onun sözlərinə görə, 2025–2026-cı illərdə isə Babək rayonunun Xalxal sahəsində qara, əlvan və nəcib metallar üzrə geoloji qiymətləndirmə işlərinə başlanılıb: "Hazırda burada yerüstü dağ qazmaları, buruq quyuları və kompleks sınaqlaşdırma işləri ilə müşayiət olunan geoloji tədqiqatlar davam etdirilir".
İ.Tahirov qeyd edib ki, 2027–2030-cu illəri əhatə edən "Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"nda Naxçıvan Muxtar Respublikasının mineral xammal potensialının müasir elmi yanaşmalar əsasında öyrənilməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib: "Proqram çərçivəsində 2027-ci ildən etibarən muxtar respublika ərazisində mövcud mineral xammal ehtiyatlarının hesablanması, faydalı qazıntı yataqlarının və perspektivli sahələrin müasir geoloji, geokimyəvi, geofiziki və rəqəmsal texnologiyalar vasitəsilə tədqiqi nəzərdə tutulur. Yataqlar barədə məlumatların vahid və sistemli məlumat bazasında toplanması da əsas vəzifələr sırasındadır".
O bildirib ki, əldə olunacaq məlumatlar əsasında mineral xammal ehtiyatlarının və gələcəkdə öyrəniləcək yataqların resurslarının daha dəqiq qiymətləndirilməsi, onların iqtisadi dövriyyəyə cəlb edilməsi, həmçinin hasilatdan emala qədər bütün mərhələləri əhatə edən sənaye zəncirinin formalaşdırılması mümkün olacaq: "Naxçıvan Muxtar Respublikasının 2023–2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da mineral xammal ehtiyatlarının öyrənilməsi və qiymətləndirilməsi ilə bağlı mühüm tədbirlər nəzərdə tutulub. Bu istiqamətlərdən biri filiz və qeyri-filiz yataqlarının beynəlxalq qiymətləndiricilərin iştirakı ilə qiymətləndirilməsi və investisiya üçün açılmasıdır. Bununla əlaqədar 2024-cü ildə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında müqavilə imzalanıb".
İdarə Heyəti sədrinin müavini əlavə edib ki, müqavilə çərçivəsində "Parağaçay" molibden, "Qapıcıq" molibden və "Gümüşlü" yataqlarında geoloji tədqiqat işlərinə başlanılıb: "Layihə üzrə ümumilikdə 3 min 800 paqometr həcmində buruq qazma işləri aparılıb, 4 mindən çox sınaqlaşdırma həyata keçirilib. Aparılan tədqiqatların nəticələrinə əsasən, hər üç yatağın perspektivli olduğu müəyyənləşdirilib. Növbəti mərhələdə daha dəqiq geoloji-kəşfiyyat işlərinin aparılması və yataqlardakı resursların tam və dəqiq hesablanması nəzərdə tutulur. Dövlət Proqramında digər mühüm istiqamət qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsidir. Bu məqsədlə 2023–2024-cü illərdə Ordubad rayonunun Nəsirvaz-Ağdərə sahəsində kompleks geoloji tədqiqat işləri aparılıb. Naxçıvanda son dövrlərdə kəşf olunan və ehtiyatları hesablanan mühüm yataqlardan biri də Ortakənd qızıl yatağıdır. "AzərGold" QSC tərəfindən yataqda kompleks geoloji-kəşfiyyat işləri aparılıb. Hesablamalara əsasən, yataqda 246 min unsiya çıxarıla bilən qızıl ehtiyatı müəyyənləşdirilib. Layihənin ümumi iqtisadi dəyərinin isə 1,8 milyard manat həcmində qiymətləndirilir".
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat













