Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib.
Far.Az-in məlumatına görə, tanınmış aktyor, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Aslan Miri oğlu Fətullayev 20 oktyabr 1956-cı ildə Lerik rayonunun Çayrud kəndində anadan olub. O, Bakı Kitabxanaçılıq Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Sənətə çox erkən yaşlarından maraq göstərən aktyor hələ 7 yaşında kənd mədəniyyət evində Yusif Əzimzadənin "Nəsrəddin" komediyasında İnkir obrazını canlandırıb. 1975-ci ildə isə "Canlı şahid" televiziya tamaşasında 13 yaşlı polyak Şani obrazı ilə Azərbaycan Televiziyasının Qızıl Fonduna düşüb.
Aslan Fətullayevin yaradıcılıq fəaliyyəti yalnız teatr səhnəsi ilə məhdudlaşmayıb. O, "Qorxma, mən səninləyəm!", "Evlənmək istəyirəm", "Cin mikrorayonda" və "Qətl günü" kimi məşhur ekran əsərlərində müxtəlif obrazlar yaradıb.
2003-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan sənətkar 2008-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.
Aslan Fətullayev 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb, həmçinin Prezident mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Yusif Eyvazov dünyanın ən nüfuzlu opera səhnəsi olan La Skala teatrında çıxış edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













