Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib
Far.Az xəbər saytı

Azərbaycan və Özbəkistan təxminən 400 milyon dollarlıq investisiya layihələrinə start verib


Azərbaycan və Özbəkistan arasında ümumi dəyəri 389 milyon ABŞ dolları olan 10 investisiya layihəsinə start verilib.

Bunu "Far.Az"a müsahibəsində TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi, müsahibənin hazırlandığı dövrdə həm də Özbəkistanın nəqliyyat nazirinin müavini vəzifəsini tutan Jasurbek Çoriyev bildirib.

Bu investisiya layihələrinə Azərbaycan Prezidentinin 23-24 avqust tarixlərində Özbəkistana səfəri zamanı start verilib.

"Bu layihələr arasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinin tikintisi layihəsi də yer alır. Birinci mərhələdə Nəməngan, Cizzəx, Səmərqənd, Sırdərya və Daşkənd vilayətlərində beş YDM-in tikintisi planlaşdırılır. Bundan başqa, "Yeni Daşkənd" massivinin ərazisində 4 hektar sahədə "Azərbaycan" parkının tikintisinə başlanılıb", - J.Çoriyev bildirib.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
TRACECA Hökumətlərarası Komissiyasının XVIII illik iclası keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda TRACECA-ASEAN multimodal rəqəmsal təşəbbüsü müzakirə edilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Səhiyyə Nazirliyi tərəfindən "Sağlam gələcək" layihəsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər