Xankəndidə müəllim və tələbələrin birgə konserti olub
Xankəndi Mədəniyyət Mərkəzində Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən repertuar nümayiş etdirilib.
Bildirilib ki, konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında "Ovşarı" aşıq havası ilə başlayıb.
Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində "Yeni rəqs" əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib.
Proqramda həmçinin Adil Bəbirovun "Bənövşə", Hacıbaba Həsənovun "Yağma yağış", "Çahargah" kompozisiyası və "Şur rəngi" təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib.
Tədbirdə Xan Şuşinskinin "Şuşanın dağları" mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.
Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında "Segah" təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında "Şur" təsnifləri təqdim edilib.
Həmçinin "Qara xal yar" və "Qobustan" ritm kompozisiyaları tamaşaçılara çatdırılıb. Konsert Əməkdar artist Firuz Səxavətin ifasında "Bir sən idin ömrümün bəzəyi" adlı "Şur" təsnifi ilə yekunlaşıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı
-
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı Nyu-Yorkda işə başlayıb
-
Qazaxda açıq ərazidə yanğın baş verib
-
Qazaxıstanda Xəzərdə təlimlər zamanı 9 hərbçi ölüb
-
"Sumqayıt" Elçin Salmanzadəni heyətinə qatıb
-
Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat













