UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub


"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki növbəti oyununu Norveçdə "Vikinq" komandasına qarşı keçirib.

Far.Az xəbər verir ki, Stavanger şəhərində baş tutan qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv açıb. 11-ci dəqiqədə Orfe Mbina fərqlənib. 27-ci dəqiqədə Erik Botheym tablodakı rəqəmləri eyniləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç norveçliləri hesabda irəli çıxarıb.

O, kobud oyuna görə təyin olunan penalti zərbəsi yerinə yetirib. Futbolçunun ilk vuruşunu qapıçı Stat Pokatilov dəf etsə də, ikinci cəhd uğurlu alınıb. Daha sonra Henrik Falşener 81-ci dəqiqədə başla dəqiq oynayıb. Oyunda son nöqtəni 90+4-cü dəqiqədə dubl edən Erik Botheym qoyub.

"Bayquşlar" matçı 10 nəfərlə başa vurublar. 77-ci dəqiqədə Eyden Makkarti kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

***

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda dördüncü qol vurulub.

Far.Az xəbər verir ki, ev sahibləri hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.

81-ci dəqiqədə Henrik Falşener başla dəqiq oynayıb.

***

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda üçüncü qol vurulub.

Far.Az xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar - 2:1.

69-cu dəqiqədə Zlatko Tripiç diqqət mərkəzinə düşüb.

***

"Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk hissə yekunlaşıb.

Far.Az xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

***

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci qol vurulub.

Far.Az xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1.

27-ci dəqiqədə Erik Botheym fərqlənib.

***00:15

Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.

Far.Az xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.

11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazıdıb.

***00:00

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində "Vikinq" - "Sabah" qarşılaşması start götürüb.

Far.Az xəbər verir ki, görüşü niderlandlı Sander van der Eyk idarə edir.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
BYD Bakı Mərkəzinin nümayəndələri "E-Journey 2026" beynəlxalq texnologiya səfərində
"Vikinq" - "Sabah" oyununda dördüncü qol vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər