Azərbaycan Qırğızıstanla fərdi məlumatların mühafizəsi üzrə əməkdaşlığı genişləndirir
Far.Az xəbər saytı

Azərbaycan Qırğızıstanla fərdi məlumatların mühafizəsi üzrə əməkdaşlığı genişləndirir


Azərbaycan və Qırğızıstanla fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığı genişləndirir.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyinə (MKA) istinadən xəbər verir ki, Bişkek şəhərində keçirilən "Data Protection Forum 2026" beynəlxalq forumu çərçivəsində MKA ilə Qırğızıstanın Fərdi Məlumatların Mühafizəsi üzrə Dövlət Agentliyi arasında qurum rəhbərləri tərəfindən imzalanmış əməkdaşlıq memorandumunun nüsxələri mübadilə edilib.

Məlumata əsasən, sənəd fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlığın inkişafı, müvafiq qurumlar arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, habelə fərdi məlumat subyektlərinin hüquqlarının müdafiəsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsini nəzərdə tutur.

Bu beynəlxalq forumda MKA-nı Fərdi Məlumatların Mühafizəsi departamentinin direktoru Xəyalə Babayeva təmsil edib. O, tədbir çərçivəsində keçirilən müzakirələrdə süni intellektin inkişafı fonunda fərdi məlumatların mühafizəsi, rəqəmsal etimadın təmin olunması istiqamətində Azərbaycanda həyata keçirilən işlər barədə məlumat verib.

Oxşar xəbərlər

Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər