Pezeşkian hər şeyə rəğmən, İranın ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib
İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, Tehran İranın ali liderinin, alimlərinin və hərbi komandirlərinin qətlindən sonra belə Vaşinqtonla danışıqlar yolu ilə razılaşmaya nail olmaq istəyini saxlayır.
"Far.Az" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.
"Müzakirə olunan və danışıqlar aparılan məsələlər beynəlxalq hüquq çərçivəsindədir və beynəlxalq hüquqa əsasən, haqqımız olan şeylərdir. Biz heç vaxt bundan artığını istəməmişik. Bu təmələ əsaslanaraq qarşı tərəf razılaşarsa, saziş əldə etməyə çalışırıq", - o bildirib.
Pezeşkian İslamabad memorandumunu xatırladaraq razılaşma əldə olunduğunu, lakin ABŞ-nin hücumları bərpa etdiyini xatırladıb:
"Çərçivə razılaşdırılmışdı. Biz Hörmüz boğazını bağlamamışdıq, o, açıq idi, lakin heç bir hüquqi əsas və ya çərçivə olmadan bizə hücum etdilər. Möhtərəm ali liderimizi, alimlərimizi, hərbi komandirlərimizi qətlə yetirdilər və şəhid etdilər".
İran Prezidenti həmçinin Tehranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatını saflaşdırmağa hazır olduğunu bildirib. "Şəhid ali liderimizin dəfələrlə bəyan etdiyi kimi, dini fətvaya əsasən, kütləvi qırğın silahlarına sahib olmaq günahdır, qeyri-qanunidir", – Pezeşkian ölkəsinin nüvə silahı istəyib-istəmədiyi barədə suala cavabında bildirib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













