İndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb
Far.Az xəbər saytı

İndoneziyanın Semeru vulkanı bir gündə altı dəfə püskürüb


İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bu gün ən azı altı dəfə püskürüb.

"Report" xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzinin məlumatında bildirilib.

Kül vulkanın zirvəsindən 1 km hündürlüyə qalxıb ki, bu da dəniz səviyyəsindən 4 676 m hündürlüyə bərabərdir. Püskürmələr əsasən cənub və cənub-qərb istiqamətlərində ağ və boz külün atılması ilə müşayiət olunub.

Mərkəz yaxınlıqdakı rayonların sakinlərini və turistləri kraterə yaxınlaşmamağa çağırıb, həmçinin sel axınları riski barədə xəbərdarlıq edib.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İndoneziyada Semeru vulkanı yenidən püskürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər