Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir
Far.Az xəbər saytı

Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir


Azərbaycanla Sent-Kits və Nevis arasında diplomatik və rəsmi-xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında saziş imzalanıb.

Far.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi "X" hesabında məlumat verilib.

Müvafiq saziş xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevisin xarici işlər naziri Denzil Luelin Daqlas ilə görüşü zamanı imzalanıb.

"Bu saziş rəsmi səfərləri daha da asanlaşdıracaq, diplomatik əlaqələri genişləndirəcək və iki ölkə arasında insanlararası təmasları gücləndirəcək", - deyə bildirilib.

Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, siyasi dialoqun intensivləşdirilməsinin, qarşılıqlı səfərlərin təşviq edilməsinin, habelə BMT və Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli platformalar çərçivəsində təsisatlararası koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov həmçinin Antiqua və Barbudanın xarici işlər və ticarət naziri Everli Pol Çet Qrin ilə görüşüb. Görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" və "Azərbaycan Respublikası Hökuməti ilə Antiqua və Barbuda Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb.

Bundan əlavə, Ceyhun Bayramovun Beninin xarici işlər naziri Korin Amori Brunet ilə görüşündə iki ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi haqqında saziş imzalanıb.

"Bu mühüm sənədlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə, turizmin təşviqinə və xalqlarımız arasında maneəsiz rəsmi və insanlararası təmasların asanlaşdırılmasına əhəmiyyətli dərəcədə töhfə verəcək", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan üç ölkə ilə viza prosedurunu sadələşdirir - ƏLAVƏ OLUNUB
Azərbaycanla Sent-Kits və Nevis diplomatik və xidməti pasport sahiblərini vizadan azad edir
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər