Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov oktyabrın 2-də Xankəndi şəhərində Laçın, Şuşa, Ağdərə, Xocalı, Xocavənd rayonlarının və Xankəndi şəhərinin sakinlərini qəbul edəcək.
Bu barədə "Far.Az"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 1 oktyabr tarixinədək yalnız rəsmi iş günləri və saatları ərzində Ədliyyə Nazirliyinin +994 12 510 10 01 (daxili nömrə: 10941) nömrəli telefonu vasitəsilə müraciət edərək qəbula yazıla bilərlər.
Həmçinin qebul@justice.gov.az e-poçt ünvanı, eləcə də Nazirliyin rəsmi veb-saytında "Elektron xidmətlər" bölməsində "Vətəndaşların ədliyyə orqanlarında qəbula yazılması" xidməti vasitəsilə də qəbula yazılmaq mümkündür.
Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.
Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi













