XRG SOCAR və "TotalEnergies" ilə birgə "Abşeron" layihəsi üzrə yekun investisiya qərarı hazırlayır
Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC, BƏƏ) qlobal investisiya bölməsi olan XRG, "Abşeron" qaz-kondensat yatağının işlənməsi üzrə milyardlarla dollar dəyərində layihəni yekun investisiya qərarı mərhələsinə çatdırmağa çalışır.
Far.Az report-a istinadən xəbər verir ki, bunu XRG-nin aktivlərin idarə edilməsi üzrə baş vitse-prezidenti Bassem Tadros Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən panel müzakirədə çıxışı zamanı bildirib.
O qeyd edib ki, şirkətin beynəlxalq genişlənməsinin ilkin mərhələsində ilk xarici sövdələşmə məhz Azərbaycanda bağlanıb: "Bu, iki ölkənin liderləri arasındakı dərin inamın və möhkəm qarşılıqlı münasibətlərin sübutudur. Bizim yolumuz "Abşeron" qaz-kondensat yatağında payın alınması ilə başladı. Biz bu layihəni bir neçə milyard dollar məbləğində yekun investisiya qərarı mərhələsinə çıxarmaq üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" ilə fəal birgə iş aparırıq. Bu, bütün regionun enerji təhlükəsizliyi üçün bünövrə yaradacaq".
Yataqda hasilat üç il əvvəl başlayıb, bu ilin sonuna qədər layihənin II mərhələsinin işə salınması gözlənilir. I mərhələ çərçivəsində "Abşeron" yatağından hasilatın həcmi 1,5 milyard kubmetr təşkil edir. II mərhələ hasilatı ildə minimum 4,5 milyard kubmetrə çatdırmağa imkan verəcək. Layihənin II mərhələsi çərçivəsində hasil edilən qazın bir hissəsi Türkiyəyə ixrac olunacaq. Qazın digər hissəsi isə Azərbaycanın daxili bazarına yönəldiləcək. Yataqda hasil edilən kondensat Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə ixrac olunacaq.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
Qaradağ rayonunda vulkan püskürüb
-
Qaradağda vulkan püskürüb
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB
-
Ceyhun Bayramov kambocalı həmkarı ilə minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edib













