AIIF 2026-da Orta Dəhliz haqqında panel sessiya olub
Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində keçirilən "Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri" panelində ABŞ-Azərbaycan tərəfdaşlığı, TRIPP və regional bağlantı imkanları, eləcə də Orta Dəhlizin ticarət, investisiya və regional dəyər zəncirlərinin inkişafındakı rolu müzakirə olunub.
"Far.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən AIIF 2026 çərçivəsində "Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri" mövzusunda panel sessiya keçirilib.
Sessiyanın "ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı: TRIPP və yeni bağlantı imkanları" mövzusuna həsr edilmiş birinci hissəsinə iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov moderatorluq edib.
Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək ABŞ-Azərbaycan tərəfdaşlığı, yeni regional bağlantı imkanlarının Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verə biləcəyi töhfələr barədə məlumat verib.
Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, "Bechtel" şirkətinin biznesin inkişafı üzrə direktoru Qabor Gerentser, "Apollo" şirkətinin idarəedici direktoru Conatan Bar, "Centricus" şirkətinin tərəfdaşı Halil Emecen, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak ediblər.
Paneldə ABŞ–Azərbaycan strateji tərəfdaşlığının inkişafı, enerji və infrastruktur layihələrində əməkdaşlıq, özəl sektorun iştirakı və investisiya imkanları müzakirə olunub. Həmçinin ABŞ şirkətləri və investorları üçün Azərbaycanda yaradılan imkanlar, strateji infrastrukturun inkişafı və regional enerji bağlantılarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Panel sessiyanın II hissəsi "Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri" mövzusuna həsr edilib.
"Euronews"un büro rəhbəri Nadira Tüdorun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Perhat Yağşiyev, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aidar Abildabekov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Yu Honqçi, Almaniya Şərq Biznes Assosiasiyasının (OA) icraçı direktoru Maykl Harms, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, "Kibar Holding"in baş icraçı direktoru Haluk Kayabaşı, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer iştirak ediblər.
Sessiyada Orta Dəhlizin dayanıqlı Şərq–Qərb ticarət və logistika platforması kimi inkişafı, Transxəzər bağlantısının və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi, dəmir yolu, liman və logistika imkanlarının genişləndirilməsi, eləcə də Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. İnfrastrukturun dövlət-özəl tərəfdaşlığı, çoxtərəfli maliyyə institutları və özəl kapital hesabına maliyyələşdirilməsi, tranzit imkanlarının istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilməsi, regional sənaye əməkdaşlığının və dəyər zənirlərinə inteqrasiyanın genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.
Müzakirələrdə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və qlobal bazarlar arasında strateji keçid platforması kimi mövqeyinin, nəqliyyat-logistika imkanlarının istehsal və regional dəyər zəncirlərinin inkişafı ilə əlaqələndirilməsinin investisiya və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə
-
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"
-
Xanlar Ağalarov: Bulvar İdarəsi pərakəndə satış qiymətlərini inzibati qaydada tənzimləyici kimi çıxış etmir













