DSMF 30 milyon manat xərcləyəcək - 2027-ci ildə....
Far.Az xəbər saytı

DSMF 30 milyon manat xərcləyəcək - 2027-ci ildə....


Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2027-ci il ərzində həyata keçiriləcək bütün növ ödənişlərin nağdsız qaydada vətəndaşlara çatdırılması üçün bank xidmətləri alacaq.

Far.Az-in əldə etdiyi məlumatına görə, satınalmanın ehtimal olunan qiyməti 30 milyon 182 min manat müəyyənləşdirilib.

Qeyd edək ki, xidmətlər 2027-ci ilin yanvar-dekabr aylarını əhatə edəcək. Belə ki, həmin müddətdə DSMF tərəfindən həyata keçirilən ödənişlərin bank kartlarına köçürülməsi nəzərdə tutulur.

Bu xidmətlərin satın alınması DSMF tərəfindən həyata keçirilən sosial ödənişlərin vətəndaşlara daha operativ və rahat şəkildə çatdırılmasına xidmət edəcək. Ödənişlərin nağdsız qaydada bank kartlarına köçürülməsi vəsaitlərin əldə olunması prosesini asanlaşdırmaqla yanaşı, nağd pul dövriyyəsi ilə bağlı əməliyyat xərclərinin və inzibati yükün azaldılmasına da imkan yaradacaq.

Oxşar xəbərlər

Zakir Nuriyev: "Məqsədimiz maliyyə ekosisteminin daha səmərəli inkişafına töhfə verməkdir"
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər