AIIF 2026-da "İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya" mövzusunda panel sessiya keçirilib
Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində "İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya" mövzusunda panel sessiya təşkil edilib.
"Far.Az" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, forumun strateji tərəfdaşı olan "TEHA Group"un Beynəlxalq əlaqələr üzrə koordinatoru Filippo Malinvernonun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev insan kapitalının inkişafı, əmək bazarının gələcək bacarıqlara uyğunlaşdırılması və müasir iqtisadiyyatın tələblərinə cavab verən kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Paneldə Azərbaycanın Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, "PAŞA Holding" şirkətinin baş icraçı direktoru Cəlal Qasımov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, "SABAH.HUB"ın baş icraçı direktoru Rəhim Bayramlı və "Şişecam" şirkətinin baş icraçı direktoru Can Yücel iştirak ediblər.
Tədbirdə insan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, istedadların cəlb edilməsi və inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı,– "The European House – Ambrosetti & TEHA Group"un strateji tərəfdaşlığı ilə keçiriləcək Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Kürdəmirdə 10 hektardan çox ərazidə quru otlaq sahəsi və ağaclar yanıb
-
İşimizi şansa buraxmayaq!
-
"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci əsas yarışın qalibi mükafatlandırılıb
-
Lənkəranda 3 yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən atalıq istintaqa təhvil verilib - YENİLƏNİB-2
-
Zelenskinin Ofisi Trampın Moskvaya səfər təklifi ilə bağlı xəbərləri təkzib edib - YENİLƏNİB













