Dünya Bankı Orta Dəhlizdə konteyner daşımaları üzrə birgə müəssisə yaratmağı təklif edib
Dünya Bankı Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ən böyük dövlət nəqliyyat şirkətlərinə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə konteyner daşımalarının koordinasiyasını öz üzərinə götürəcək birgə aktivsiz müəssisə təsis etməyi təklif edir.
Bu barədə "Far.Az" Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyunca yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, belə bir operator əsas milli dəmir yolu daşıyıcılarına və gəmiçilik şirkətlərinə məxsus olmalı, lakin vahid logistika provayderi kimi fəaliyyət göstərməlidir. Yeni operatorun funksiyaları siyahısına başdan-başa tariflərin formalaşdırılması, marşrutların optimallaşdırılması, dispetçer idarəetməsi, insidentlərə reaksiya verilməsi, eləcə də göndərilmə və təyinat məntəqələrində - Çin və Avropa İttifaqında beynəlxalq logistika şirkətləri ilə inteqrasiyanın daxil edilməsi nəzərdə tutulur.
Dünya Bankının qiymətləndirməsinə görə, yaxın perspektivdə Orta Dəhlizin inkişafı üçün əsas ləngidici amil infrastruktur imkanlarının çatışmazlığı deyil, dövlət nəqliyyat müəssisələrinə (SOE) xas olan aşağı xidmət səviyyəsi və institusional maneələr olacaq. Qeyd olunub ki, regionun dəmir yolu operatorları müxtəlif inkişaf səviyyələrindədir.
Qazaxıstanın "Qazaxıstan Dəmir Yolu" şirkəti 303 milyon ton yük dövriyyəsi olan 16 min km uzunluğunda ən böyük şəbəkəni idarə edir, aktivlərdən istifadənin yüksək dərəcəsini nümayiş etdirir və kommersiya maliyyələşdirmə modellərinə keçid edir.
"Gürcüstan Dəmir Yolu" nisbətən kiçik fəaliyyət miqyasına (1,4 min km və 13,7 milyon ton) baxmayaraq, keyfiyyətli korporativ idarəetmə və yetkin maliyyə təcrübələri ilə seçilir.
Özbəkistan (6,1 min km, 103 milyon ton) və Azərbaycan (2,1 min km, 18,5 milyon ton) dəmir yolları ən mühüm tranzit həlqələri rolunu oynayır, eyni zamanda tarif siyasəti və idarəetmə sahəsində sistemli dəyişikliklər həyata keçirirlər.
Türkiyənin TCDD şirkəti 13 min km-lik şaxələnmiş şəbəkəyə malıdır və əsasən sərnişin sektoruna cəmləşdiyi üçün yalnız 26 milyon ton yük daşıyır. Dünya Bankı həmçinin real xərclərə (cost-to-serve) əsaslanan qiymətqoymaya keçidlə tarif sistemlərində islahatların aparılmasını, ictimai öhdəliklərin icrası (PSO) üçün uzunmüddətli müqavilələrin tətbiq edilməsini və nəqliyyat müəssisələrinin bank kredit qabiliyyətinin (bankability) təmin edilməsi üçün kommersiya maliyyələşdirilməsinin cəlb olunmasını tövsiyə edir.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
-
Xaçmazda yol qəzasında xəsarət alan doqquz nəfərin kimliyi məlum olub - YENİLƏNİB
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir













