Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir"
Far.Az xəbər saytı

Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir"


Müğənni Türkan Vəlizadə Xalq artisti Aygün Kazımova ilə bağlı diqqətçəkən açıqlama verib.

Far.Az xəbər verir ki, "İki üz" verilişinə qonaq olan ifaçı Xalq artisti Aygün Kazımovanın böyük rezonans doğuran "Best of Aygün" layihəsi haqqında danışıb.

İfaçı bildirib ki, sözügedən layihədə yer almadığı üçün dərin təəssüf hissi keçirir. Çıxışı zamanı maraqlı bir məqama da toxunan Türkan Vəlizadə səsinin Aygün Kazımovanın səsinə bənzədiyini bildirib.

"Səsim Aygün Kazımovanın səsinə bənzəyir" - deyə, o qeyd edib.

Qeyd edək ki, bu il aprelin 10-da Xalq artisti Aygün Kazımovanın zəngin yaradıcılığının 40 illiyinə həsr olunan "Best of AYGUN 40" albomu təqdim edilib.

Ölkənin əsas ulduzunun Azərbaycanda bir ilk olan albomuna fəxri adlı mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, "Avroviziya" təmsilçilərimiz, eləcə də gənc nəsil ifaçılar cəlb edilərək Pop kraliçanın 40 illik yaradıcılıq yolunda səsləndirdiyi hit mahnılara yeni nəfəs veriblər.

Ətraflı videoda:

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
40 ilin izi - "Best of Aygun 40"
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər