Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib
Milli Məclisə vəkillərin hüquqi müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub.
"Report" xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun iclasında qərar qəbul olunub.
Belə ki, Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Konstitusiyasının 61 və 71-ci maddələri, habelə hüquqi müəyyənlik prinsipi baxımından Cinayət Məcəlləsinin 288.2-ci maddəsində nəzərdə tutulan "müdafiəçi" ifadəsinin mülki mühakimə icraatında iştirak edən vəkili də əhatə edib-etməməsi məsələsinə münasibətdə şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Məhkəmənin qərarına əsasən, "müdafiəçi" ifadəsi Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirən, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərən vəkili ehtiva edir.
Hüquqi yardım göstərən digər vəkillərin, o cümlədən mülki mühakimə icraatında iştirak edən vəkilin peşə fəaliyyəti ilə əlaqədar hədə-qorxu və hüquqazidd təsirlərdən cinayət-hüquqi müdafiəsinə dair xüsusi təminatların müəyyən edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Lixtenşteyn millisinin futbolçusu Alesio: "Bakıda yaxşı nəticə qazanmaq istəyirik"













