Növbəti köç karvanları Cəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Növbəti köç karvanları Cəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə çatıb - YENİLƏNİB


Növbəti köç karvanları Cəbrayılın Şükürbəyli kəndinə və Xocavənd şəhərinə çatıb.

"Report" xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər), Xocavənd şəhərinə isə 16 ailə (55 nəfər) köçürülüb.

Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.

"Report" xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər) köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndi, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.

"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 9 ailə (60 nəfər), Xocalı şəhərinə 17 ailə (78 nəfər), Xocavənd şəhərinə 16 ailə (55 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər