Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub
Far.Az xəbər saytı

Köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb, açarlar təqdim olunub


Cəbrayılın Horovlu kəndində köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Far.Az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

***12:45

Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.

Far.Az xəbər verir ki, Horovlu kəndinə köç edən 37 ailə, 160 nəfər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

***08:08

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Far.Az xəbər verir ki, bu mərhələdə ailələr Cəbrayıl rayonunun Horovlu kəndinə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Növbəti köç karvanı Cəbrayılın Horovlu kəndinə çatıb
Növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər