Azərbaycanda aqrar sektorda minimum qiymət mexanizminin tətbiqi təklif olunur
Azərbaycanda aqrar sektorda minimum qiymət mexanizmi tətbiq olunmalıdır.
"Far.Az" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında bildirib.
Onun sözlərinə görə, hazırda Şəki-Zaqatala bölgəsində fındıqçılıq sahəsində yaranmış vəziyyət fermerləri narahat edir: "Həm qiymətlər iki dəfəyə qədər aşağı düşüb, həm də ziyanvericilər təsərrüfatlara böyük zərər vurub. Elə təsərrüfatlar var ki, onlar ümumiyyətlə gəlir götürmür, ya da çox cüzi gəlir götürür. Bu da ailələrin güzəranına mənfi təsir göstərir. Ona görə də yaxşı olardı ki, qanunvericilikdə istehsal xərclərini sığortalanması, minimum gəlirliyi təmin edən taban qiymət mexanizmi nəzərdə tutulsun, hesab edirəm ki, bu sahədə müflisləşmənin qarşısını alan çox mötəbər bir mexanizm olar. Eyni zamanda, fermerlərə maliyyə dəstəyi məhsul yığılan zaman yox, ilkin mərhələdə verilsə yaxşı olar. Bunun da qanunvericilikdə nəzərə alınması çox vacibdi"
Bundan başqa, deputat deyib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" yeni qanunun qəbul edilməlidir: "İndiki qanun 31 il bundan qabaq qəbul edilib. Onun icra mexanizmi çox zəifdir və hesab edirik ki, məhz bu zəifliyə görə praktikada bir sıra hallarda kobud qanun pozuntularına yol verilir. Məsələn, vətəndaşın mal alanda onu 14 gün ərzində qaytarmaq, yaxud da dəyişmək hüququ var. Bu hüquqdan, çox təəssüflər olsun ki, vətəndaşların çoxu istifadə edə bilmir. Qidaların keyfiyyətinin aşağı olması və sair istiqamətdə də xeyli dərəcədə misallar çəkə bilərəm. Dediklərimiz əsasında geniş əsaslandırmalar və tədqiqatlar keçirməklə istehlakçıların hüquqlarının qorunması məsələsinin dövlət səviyyəsində əsas prioritetə çevrilməsi üçün müasir tələblərə cavab verən yeni qanunun qəbul edilməsi çox məqsədəuyğun olar".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













