Sabah Afinada Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası və biznes forum keçiriləcək
Sabah Afinada Azərbaycan Hökuməti ilə Yunanıstan Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın altıncı iclasının keçirilməsi gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Energetika Nazirliyindən bildirilib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti artıq Yunanıstana yollanıb. Yunanıstan tərəfindən Hökumətlərarası Komissiyanın işinə həmin ölkənin xarici işlər nazirinin müavini Teoharis Teoharis sədrlik edəcək.
Hökumətlərarası komissiya ilə yanaşı, səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi, eləcə də Yunanıstan-Azərbaycan biznes forumunun təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, Hökumətlərarası komissiyanın beşinci iclası 2024-cü il iyunun 13-də Bakıda təşkil edilib.
Bu ilin ilk yanvar-avqust aylarında Azərbaycan ilə Yunanıstan arasında qarşılıqlı ticarətin həcmi 631 milyon 14 min ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə artıb.
Hesabat dövründə Azərbaycandan Yunanıstana 564 milyon dollarlıq (+25,1 %) məhsul göndərilib, Yunanıstandan Azərbaycana isə 67 milyon dollar (+2,4 dəfə) dəyərində məhsul idxal olunub.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir













