Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik
Oktyabrın 1-dən onlayn istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari il aprelin 28-də "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, vətəndaşlar banka və ya bank olmayan kredit təşkilatına müraciət edərək öz adlarına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin onlayn artırılmasına məhdudiyyət qoya biləcəklər.
Müvafiq məhdudiyyət həmin müştərinin banka fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.
Bundan başqa, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemlərində, həm də kredit bürosunun sistemində yoxlamalı olacaqlar.
Yeni qaydaya əsasən, məsafədən istehlak krediti rəsmiləşdirildikdən sonra vəsait dərhal təqdim edilməyəcək. Gün ərzində verilən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu məbləğdən çox olduqda isə 24 saat sonra təqdim ediləcək.
Qaydalar həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil olunur.
Oxşar xəbərlər
Azərbaycanda bank və BOKT-ların məsafədən verdikləri kreditlərə dair yeni tələblər qoyulub
Mərkəzi Bank kredit götürmək QAYDALARINI DƏYİŞİR
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













