Malidə daşqınlar səbəbindən 13 nəfər ölüb
Far.Az xəbər saytı

Malidə daşqınlar səbəbindən 13 nəfər ölüb


Malidə daşqınlar nəticəsində azı 13 nəfər ölüb, daha 23 insan isə yaralanıb.

"Far.Az" "Malijet" portalına istinadən xəbər verir ki, bu barədə Mali Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyinin Böhranların Koordinasiyası və İdarə Edilməsi Mərkəzinin hesabatında bildirilib.

Məlumata görə, təbii fəlakət ölkənin yeddi regionuna təsir edib, 479 yaşayış binası dağılıb, 1 933 ev təsərrüfatına və ya 12 405 nəfərə ziyan dəyib.

Hakimiyyət orqanları evsiz və ərzaqsız qalmış insanlara operativ humanitar yardımın göstərilməsi üçün tədbirlər görürlər. Daşqınların fəsadlarının aradan qaldırılması davam edir.

Oxşar xəbərlər

Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər