Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
"Birliyin Gücü-2026" hərbi təlimi çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin birgə fəaliyyəti həyata keçirilib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Birliyin Gücü-2026" təlimində Hərbi Hava Qüvvələrimiz ilə can Azərbaycanın Hərbi Hava Qüvvələri profil yerüstü hədəfləri ilk atışda tam dəqiqliklə məhv etdi.
Polad qanadlarımızın birgə gücü dostluğumuzun və qardaşlığımızın ən konkret göstəricisidir!", - məlumatda qeyd olunub.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
🇹🇷🇦🇿 Gökyüzünde omuz omuza, hedefte tam isabet!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 30, 2026
Birliğin Gücü-2026 Tatbikatı’nda Hava Kuvvetleri Komutanlığımız ile can Azerbaycan Hava Kuvvetleri, profil yer hedeflerini ilk atışta tam isabetle imha etti.
Çelik kanatlarımızın ortak gücü, dostluğumuzun ve kardeşliğimizin en… pic.twitter.com/kI3rG74vML
Oxşar xəbərlər
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Polad canlananda: "Baku Steel Art 2025" sərgisi Bakıda açıldı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tramp Milli Kəşfiyyat direktorunu süni intellektin inkişafı üzrə məsul şəxs vəzifəsinə təklif edib
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub
-
"Haber Global" Azərbaycan və İran prezidentləri arasındakı telefon danışığından bəhs edib
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub













