Murad Ceylan tanınmaz hala düşdü
Far.Az xəbər saytı

Murad Ceylan tanınmaz hala düşdü


"Survivor" yarışması ilə tanınan və uzun müddətdir proqramın aparıcısı olan Murad Ceylan xarici görünüşündəki dəyişikliklə gündəm olub.

Far.Az xəbər verir ki, illər əvvəlki və indiki fotoları müqayisə olunan məşhur simanın görünüşü tənqid edilib.

Yarışma dövründə qısa saçları və saqqallı imici ilə yadda qalan Ceylan son illərdə fərqli üsluba üstünlük verir.

Saç stili, geyim seçimlərinə qədər köklü dəyişikliklər edən aparıcının sosial mediada müzakirə olunan fotoları bəyənilməyib.

O, ünvanlanan şərhlərə "Mən yenə eyni insanam" sözləri ilə qarşılıq verib.

Xarici görünüşündəki bu fərqliliyin səbəblərinə də aydınlıq gətirən Murad Ceylan klip çəkilişləri üçün obraz yaratdığını bildirib.

Həmin dövrdə canlandırdığı obraza görə bədənindəki yağ nisbətini azaltdığını və xeyli arıqladığını qeyd edib.

Hazırkı çəkisinin həmin dövrdəkindən 4 kiloqram daha çox olduğunu dilə gətirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Survivor Yunanıstan"da bədbəxt hadisə: İştirakçının ayağı kəsildi, yarışma dayandırıldı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Məşhur aparıcının sevgilisi ilə boy fərqi tənqid edildi: "Bu adamı çox axtardın?"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər