Məcnun Məmmədov: "Bu il 89 min hektar sahədə pambıq yığımı gözlənilir"
2026-cı ildə Azərbaycanda 90 min hektara yaxın sahədə pambıq əkilib, 89 min hektardan məhsul yığımı gözlənilir.
"Report"un Aran bürosu xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunun Fətəlikənd kəndində keçirilən Azərbaycanda kütləvi pambıq yığımına həsr olunmuş tədbirdə bildirib.
"Prezidentin göstərişinə uyğun olaraq, bu sahədə həyata keçirilən bütün tədbirlər məhsuldarlığın artırılmasına yönəlib. Müvafiq dövlət proqramına əsasən, 2030-cu ilə qədər Azərbaycanda məhsuldarlığın hər hektar üzrə 5 tona çatdırılması məqsədilə bu il aqrotexniki tədbirlərin daha düzgün həyata keçirilməsi üçün lazer hamarlama işlərinin aparıldığı sahələrə birdəfəlik 250 manat subsidiya nəzərdə tutulub. Eyni zamanda, adambaşına suvarma qurulacaq sahədə yığılan məhsulun hər tonuna 300 manat subsidiya ödəniləcək. Bu tədbirlər pambıqçılıqda məhsuldarlığın artırılmasına müsbət təsir edəcək və önümüzdəki illərdə biz hədəfimizə nail olacağıq", - deyə o qeyd edib.
Nazir əlavə edib ki, 2025-ci il Azərbaycan pambıqçılığı üçün uğurlu illərdən biri olub və sözügedən il 100 min hektar sahədə pambıq becərilib: "Ötən il 360 min tondan çox məhsul yığılıb ki, bu da Azərbaycan tarixində rekord göstərici sayılır. İldən-ilə məhsuldarlığı artırmağa yönəlik tədbirlər davam etdiriləcək".
"Pambığın alış qiyməti hal-hazırda dünya bazarında olan qiymətlərlə tənzimlənir və birja qiymətlərində ilin əvvəlində pambığın qiyməti xeyli aşağı olub, amma ilin ikinci yarısına doğru qiymətlərdə sabitləşmə olub. Hal-hazırda fermerlərə dəstək olaraq dövlətin artırdığı subsidiya məhz aqrotexniki qulluğu yaxşılaşdırmağa yönəlib. Sadə bir hesablama ilə götürsək, əvvəllər bir hektardan 3 ton pambıq yığan fermer damlama suvarma qurarsa, həmin hektarda 30 % məhsul artımına nail olarsa, əvvəlki illərdə aldığı subsidiya 600 manat idisə, yeni subsidiya mexanizmi ilə 1200 manat subsidiya əldə edə biləcək", - deyə M.Məmmədov vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Portuqaliyalı hakim Qustavo Korreya ilk dəfə Azərbaycan təmsilçisinin oyununu idarə edəcək













