İrakli Alasaniya: "Region ölkələri Orta Dəhlizin inkişafı üçün resursları birləşdirməlidir"
Far.Az xəbər saytı

İrakli Alasaniya: "Region ölkələri Orta Dəhlizin inkişafı üçün resursları birləşdirməlidir"


Cənubi Qafqaz və Xəzər hövzəsi regionu inteqrasiyanı dərinləşdirmək üçün bütün lazımi infrastruktura və siyasi iradəyə malikdir, lakin dövlətlər konkret proqramların həyata keçirilməsinə keçid etməlidirlər.

"Report" xəbər verir ki, bunu Gürcüstanın BMT-dəki sabiq səfiri, "SODI Investment" şirkətinin həmtəsisçisi və baş direktoru İrakli Alasaniya Bakıda keçirilən CAMCA-2026 Regional Forumundakı panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, tarixən formalaşmış əlaqələr sıx tərəfdaşlıq üçün möhkəm təməl rolunu oynayır:

"Biz müasir milli dövlətlər indiki sərhədlərində formalaşmazdan çox-çox əvvəl İpək Yolunda əməkdaşlıq etmişik".

İ.Alasaniya vurğulayıb ki, Xəzər dənizi region ölkələrini coğrafi cəhətdən ayırır, lakin onları iqtisadi və strateji baxımdan birləşdirir. Bu gün dövlətlərin Orta Dəhlizi birgə inkişaf etdirmək üçün daha çox resursları və imkanları var:

"Hazırda bizim birlikdə daha güclü olmaq üçün daha çox imkanlarımız var. Biz resursları sadəcə Orta Dəhlizi (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, TBNM) müzakirə etmək üçün deyil, birlikdə daha da güclənmək naminə birgə həyata keçirməli olduğumuz real layihələr və proqramlar yaratmaq üçün birləşdirməliyik".

Dünya Bankının gözləntilərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük daşımalarının ümumi həcmi 2023-cü ildə qeydə alınmış 8,8 milyon tonla müqayisədə 2040-cı ilə qədər 32,1 milyon ton həddinə çata bilər ki, bu da 3,65 dəfə artım deməkdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər