Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Far.Az xəbər saytı

Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir


ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün mümkün variantları nəzərdən keçirir.

"Far.Az" xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "NBC News"a müsahibəsində bildirib.

Ondan "The Wall Street Journal"da noyabrda Konqresə keçiriləcək seçkilərdən sonra Trampın İrana zərbələri bərpa etməyi düşündüyü barədə xəbəri təsdiqləyib-təsdiqləyə bilməyəcəyi soruşulub.

"Bu məlumat anonim mənbələrdəndir. Deyə bilərəm ki, Prezident dünyanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün variantları nəzərdən keçirir", - diplomat bildirib.

Tramp daha əvvəl İrana zərbələri bərpa etmək ehtimalını həmişə nəzərdən keçirdiyini bildirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər