Ermənistanda dövlət büdcəsi təxminən 1,3 mlrd dollar kəsirlə təsdiqlənib
Ermənistan hökuməti 2027-ci il üçün dövlət büdcəsinin layihəsini 468,2 mlrd dram (təxminən 1,3 mlrd dollar) kəsirlə təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Konsolidasiya olunmuş büdcənin gəlirləri 3,83 trilyon dram (10,5 mlrd dollar), xərcləri isə 4 trilyon 298,1 mlrd dram (11,8 mlrd dollar) səviyyəsində planlaşdırılıb.
Parlamentin müzakirəsinə göndəriləcək büdcə layihəsi həmçinin hər iki istiqamətdə bir faiz bəndi icazə verilən sapma ilə 3% səviyyəsində inflyasiya hədəf göstəricisini nəzərdə tutur. Ermənistan Mərkəzi Bankı 2027-ci il ərzində pul-kredit siyasətini həyata keçirərkən bu göstəricini rəhbər tutmalıdır. Qəbul edildikdən sonra dövlət büdcəsi haqqında qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bundan başqa, Ermənistan hökuməti Fransız İnkişaf Agentliyindən (FİA) 250 mln avro məbləğində kredit xəttinin alınmasını nəzərdə tutan sazişi təsdiqləyib. Bu, FİA və Asiya İnkişaf Bankının (AİB) birgə maliyyələşdirdiyi yeni üçillik proqram çərçivəsində həyata keçirilən ilk alt proqramdır. Vəsaitlər büdcə kəsirinin ödənilməsinə yönəldiləcək.
Kredit ya üzən faiz dərəcəsi (5,12%), ya da sabit faiz dərəcəsi (hesablanmalıdır) ilə – borcalanın seçiminə uyğun olaraq veriləcək. Əsas məbləğ 30 bərabər yarımillik ödənişlə qaytarılmalıdır, kreditin müddəti 20 ildir. Kreditin güzəşt müddəti 5 ildir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
"Safari"nin Azərbaycandakı bazar payı 3 ayda 2 dəfədən çox azalıb
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir













