Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan milli komandasını təbrik edib
Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində çimərlik güləşi üzrə milli komandamız tarixi uğura imza atıb.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu olub", - o bildirib və əlavə edib ki, Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl, Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq) və Camal Feyziyev (+90 kq) isə bürünc medal qazanıblar.
O, bu uğurun əldə olunmasında baş məşqçinin pay sahibi olduğunu qabardıb:
"Bu uğurun əldə olunmasında pay sahibi olan, dünyanın ən yaxşı baş məşqçisi seçilən Oyan Nəzəriani başda olmaqla, bütün güləşçilərimizi, onların valideynlərini, şəxsi məşqçilərini və federasiya nümayəndələrini təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq".
Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində #çimərlikgüləşi üzrə milli komandamız tarixi uğura imza atdı.#Azərbaycan milli komandası tarixində ilk dəfə çimərlik güləşində dünya çempionu oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 1, 2026
Vüsal Əliyev (80 kq) və Əşrəf Aşırov (90 kq) qızıl,… pic.twitter.com/2WyUCcpxKj
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan çimərlik güləşində ilk dəfə dünya çempionu olub
Azərbaycanın çimərlik güləşçiləri Bakıdakı dünya çempionatında 8 medal qazanıblar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Azərbaycan regional kapital mərkəzinə çevrilir: ARDNF və "Brookfield" imkanları birgə araşdıracaq - TƏHLİL
-
"Azərkosmos": Süni intellekt peyk texnologiyalarını avtomatlaşdırsa da, insanın rolu qalır













