Azərbaycanın milli adət-ənənələri və mətbəxi "Tbilisoba" festivalında təqdim olunub
Far.Az xəbər saytı

Azərbaycanın milli adət-ənənələri və mətbəxi "Tbilisoba" festivalında təqdim olunub


Tbilisidə keçirilən "Tbilisoba" şəhər bayramı tədbirlərində Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri təqdim olunur.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, oktyabrın 3-4-də keçirilən bayram tədbirləri çərçivəsində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri də iştirak edir.

Onlar öz milli mədəniyyətlərini, adət-ənənələrini və mətbəx nümunələrini təqdim edirlər.

Tədbirdə M.F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də iştirak edir. Muzey tərəfindən Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri və mətbəx nümunələri təqdim olunur.

Bayram məkanlarında müxtəlif mədəni, əyləncəli və maarifləndirici proqramlar, konsertlər, idman və uşaq tədbirləri keçirilir. Ərazilərdə bayram dekorasiyaları, instalyasiyalar, foto və istirahət zonaları, həmçinin açıq hava kinoteatrları yaradılıb.

Hər iki günün proqramı musiqi axşamları və teatr tamaşaları ilə davam edir.

Qeyd edək ki, "Tbilisoba" Tbilisidə hər il keçirilən şəhər bayramıdır və müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə paytaxtın çoxmillətli mədəniyyətini də nümayiş etdirir.

Oxşar xəbərlər

Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ov tüfəngi, musiqi qutusu və heykəlciklər - Xalq şairi Rəsul Rzanın Bakıda yerləşən ev-muzeyi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər