Heydər Əliyevin neft strategiyası Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib - RƏY
1993-cü ildə oktyabrın 3-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olmaqla, həm də mühüm və yaddaqalan hadisələrdən biri kimi xüsusi əhəmiyyət daşıyır.
Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin prezident seçilməsi Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, ölkənin ciddi siyasi, sosial və iqtisadi çətinliklərlə üzləşdiyi bir dövrə təsadüf edirdi:
"1993-cü ilin may-iyun aylarında siyasi böhran daha da dərinləşmiş, ölkədə sabitliyin qorunması və dövlət müstəqilliyinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaranmışdı. Həmin dövr vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsinin mövcud olduğu mürəkkəb bir mərhələ idi. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycanın xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Həmin gün ölkədə keçirilmiş ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib".
O bildirib ki, həmin dövrdən etibarən müstəqil dövlət quruculuğu, dövlət təhlükəsizliyinin təmin olunması, ərazi bütövlüyünün müdafiəsi, iqtisadiyyatın bərpası, demokratik inkişaf, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dünya birliyinə inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib.
P.Vəliyeva vurğulayıb ki, 1993-cü ildən etibarən Azərbaycanın xarici siyasətində də yeni mərhələ başlayıb: "Ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müxtəlif dövlətlərlə diplomatik və siyasi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın milli maraqlarının beynəlxalq təşkilatlarda müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən oldu. Həmçinin, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq əlaqələrinin qurulması və dünya birliyinə inteqrasiyanın dövlət strategiyasının əsas istiqamətlərindən biri idi. Bu dövrdə Azərbaycan özünün müstəqil xarici siyasət kursunu formalaşdırmağa və beynəlxalq münasibətlər sistemində dövlət kimi mövqeyini möhkəmləndirməyə başlayıb".
Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi" Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirib:
"1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılıb. Beləliklə, Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti Azərbaycan dövlətçiliyi tarixinin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













