Regionda yaranmış yeni reallıq Ermənistan qarşısında kifayət qədər aydın siyasi seçim qoydu - RƏY
2020-ci il 10 noyabr bəyanatından sonra Cənubi Qafqazda yaranmış yeni reallıq Ermənistan qarşısında kifayət qədər aydın siyasi seçim qoydu.
Bu fikri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bu seçim ya müharibənin nəticələrini, Azərbaycanın bərpa olunmuş ərazi bütövlüyünü və regionda formalaşmış yeni təhlükəsizlik arxitekturasını qəbul edərək dövlətlərarası münasibətlərin normallaşmasına real töhfə vermək, ya da dəyişmiş reallığı qəbul etmədən Qarabağ məsələsini yeni siyasi terminlər və beynəlxalq mexanizmlər vasitəsilə gündəmdə saxlamaqdan ibarətdir:
"Sonrakı üç il göstərdi ki, Ermənistanın siyasətində bu iki yanaşma arasında ciddi ziddiyyət mövcud idi. Məsələnin mahiyyətini anlamaq üçün Ermənistanın yalnız bəyanatlarına deyil, bəyanatlarla praktiki siyasi davranış arasındakı münasibətə diqqət yetirmək lazımdır. Çünki 2022–2023-cü illərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması istiqamətində mühüm diplomatik dəyişiklik baş versə də, bu tanınmanın Qarabağdakı separatçı siyasi reallığın aradan qaldırılmasına gətirib çıxaran praktiki nəticələri ilə bağlı eyni ardıcıllıq müşahidə olunmadı".
"Bu prinsip sonrakı sərhəd delimitasiyası prosesinin də əsas siyasi bazası kimi müəyyənləşdirildi. 2023-cü ilin mayında Brüssel görüşündə isə bu yanaşma daha konkret ifadə olundu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəflərin Azərbaycanın 86 600, Ermənistanın isə 29 800 kvadratkilometr ərazi bütövlüyünə sadiqliklərini təsdiqlədiklərini açıqladı. Sonrakı aylarda Nikol Paşinyan da Azərbaycanın 86 600 kvadratkilometr ərazisinə Qarabağın daxil olduğunu açıq şəkildə bildirdi.
Burada mühüm məqam ondan ibarətdir ki, məsələ artıq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımamasından ibarət deyildi. Əsas sual beynəlxalq hüququn fundamental prinsiplərinə uyğun şəkildə gerçəkləşən bu tanınmanın siyasi nəticələrinin qəbul edilib-edilməyəcəyi idi".
E.Mirzəbəylinin sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyi məsələsinin ayrıca beynəlxalq mexanizm çərçivəsində həll edilməsini gündəmdə saxlayırdı.
E.Mirzəbəylinin sözlərinə görə, 2020-ci ildən sonrakı üçillik prosesdə Ermənistan bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanımağa doğru irəliləyir, digər tərəfdən isə bölgənin Azərbaycanın konstitusion məkanına reinteqrasiyasını nəzərdə tutan praktiki nəticələri ilə bağlı fərqli siyasi xətt nümayiş etdirirdi. 2023-cü ilin sentyabrında baş verən hadisələr isə bu sualların cavabını daha da sərtləşdirdi. Çünki həmin tarixə qədər diplomatik müstəvidə formalaşmış razılaşmalarla faktiki siyasi davranış arasında yaranmış fərq artıq nəzəri mübahisə deyil, regionun gələcək təhlükəsizlik arxitekturasını birbaşa müəyyən edən amilə çevrilmişdi.
Oxşar xəbərlər
44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
Qubada yol tamamilə çökdü
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Ciqan valideynlikdən məhrum oluna bilər
-
İranın vitse-spikeri: ABŞ ilə heç vaxt qarşılıqlı anlaşma əldə etməyəcəyik













