Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin sədr müavini və "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər Qazaxıstanda beynəlxalq konfransda iştirak edib.
"Far.Az" xəbər verir ki, Almatı şəhərində baş tutan tədbir dünyaca məşhur qazax şairi və ictimai xadimi Oljas Süleymanovun 90 illik yubileyinə həsr olunan "Bilik mədəniyyətinə dəstək" IX Beynəlxalq Konfransı çərçivəsində keçirilib.
"XX əsrin ikinci yarısında Mərkəzi Asiyanın intellektual tarixi" mövzusuna həsr olunan konfrans Mərkəzi Asiya və Türk dünyasının elmi, tarixi-mədəni əlaqələrinin dərindən öyrənilməsi və intellektual irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma rolunu oynayır.
Aqil Ələsgər konfrans çərçivəsində Türk dünyasının media və vətəndaş cəmiyyəti nümayəndələri ilə bir araya gəlib və ölkəmizin Türk dünyasında əhəmiyyətli yer tutduğu barədə görüşlərdə mövqe nümayiş etdirib.
Səfər çərçivəsində Aqil Ələsgər Türk dünyasında media və vətəndaş cəmiyyətinin inkişafına, eləcə də dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə görə Kəməl Tokayev adına "Kəməl Ata Kəməngər" ordeni ilə təltif olunub.
Mükafatı jurnalistə Oljas Süleymanovun rəhbərlik etdiyi YUNESKO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin Yaxınlaşdırılması Mərkəzinin direktor müavini Səltənət Aşimova təqdim edib.
Xatırladaq ki, ordenin adını daşıyan Kəməl Tokayev tanınmış qazax yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı və Qazaxıstan Respublikasının hazırkı Prezidenti Qasım-Comərd Tokayevin atasıdır.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar













