Azərbaycanın Almaniyadakı səfiri Alman Birliyi Günü ilə bağlı tədbirlərə qatılıb
Azərbaycanın Almaniyadakı səfirliyi Bremendə Federal Respublikanın rəsmi bayram tədbirlərində iştirak edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Bu gün, Almaniyanın Birlik Günündə, burada - Bremendə Federal Respublikanın rəsmi bayram tədbirlərində iştirak etməkdən və bu xüsusi günü alman dostlarımızla birlikdə qeyd etməkdən böyük məmnunluq duyuram", - o bildirib və nəzakətli dəvətə, səmimi qonaqpərvərliyə görə təşəkkür edib.
N. Ağayev qeyd edib ki, 3 oktyabr ayrılığın aradan qaldırılmasını təcəssüm etdirir: "Məhz biz azərbaycanlılar ərazi birliyinin xüsusi əhəmiyyətini çox yaxşı hiss edə bilirik. Azərbaycan ərazilərinin təxminən üç onillik barbarcasına işğalından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, bizim üçün də bir yenidən birləşmə anı idi.
Buna görə də biz Almaniya üçün birliyin sevincini və dərin emosional əhəmiyyətini xüsusilə yaxşı başa düşə bilirik. Qoy birlik və sülh bizi daim birləşdirsin və Azərbaycanla Almaniya arasındakı dostluğu daha da möhkəmləndirsin. Almaniyanın Birlik Günü münasibətilə səmimi təbriklər!".
Xatırladaq ki, oktyabrın 3-də alman xalqı ölkənin yenidən birləşməsinin 36-cı ildönümünü - Alman Birliyi Gününü qeyd edir. Alman Birliyi Günü 1990-cı ildə Qərbi və Şərqi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin şərəfinə qeyd olunur.
Azərbaycan Prezidenti İlham Əliyev bu günlə əlaqədar almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.
Heute, am Tag der Deutschen Einheit, freue ich mich sehr, hier in Bremen an den offiziellen Feierlichkeiten der Bundesrepublik teilzunehmen und diesen besonderen Tag gemeinsam mit unseren deutschen Freunden zu feiern.
— Nasimi Aghayev🇦🇿 (@NasimiAghayev) October 3, 2026
Mein herzlicher Dank gilt der Freien Hansestadt Bremen für… pic.twitter.com/RlfM7Qyw8E
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk













