Türkiyənin bir neçə PUA modeli "ADEX 2026"da nümayiş olunur
Türkiyənin bir neçə yeni pilotsuz uçuş aparatı (PUA) modeli Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunur.
"Report" xəbər verir ki, bunlar Türkiyə şirkəti "Beyond Technologies" tərəfindən istehsal edilən TAYRON, BAZNA, FİBRON və NITRON-dur
Bu PUA-lar çoxməqsədlidir.
Döyüş meydanında taktiki üstünlük təmin etmək üçün nəzərdə tutulmuş TAYRON kəşfiyyat/müşahidə, rabitə retranslyasiyası, əldəqayırma partlayıcı qurğuların və minaların zərərsizləşdirilməsi, zərbə və taktikİ dron daşıyıcısı tapşırıqlarını yerinə yetirmə qabiliyyətinə malikdir.
BAZNA radioelektron mübarizə şəraitində işləmək üçün optimallaşdırılmış və birbaşa hədəfə zərbə vurmaq (kamikadze) üçün nəzərdə tutulmuşdur.
FİBRON radioelektron mübarizənin və GPS maneələrinin maksimum olduğu cəbhə xəttində təhlükəsiz kəşfiyyat aparmaq üçün işlənib hazırlanmışdır.
NITRON isə kiçikölçülü, yüksəkdəqiqlikli yüklərin və ya xüsusi təyinatlı avadanlıqların hədəf nöqtəsinə çatdırılması üçün layihələndirilmişdir.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
"Azəralüminium" ixrac gəlirlərini 58 %-ə yaxın artırıb
-
"Azərkosmos" "Platerra" süni intellekt əsaslı platformasını istifadəyə verib
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb













