Qalibaf: ABŞ Hörmüz boğazı ilə bağlı yeni təkliflər irəli sürüb
Far.Az xəbər saytı

Qalibaf: ABŞ Hörmüz boğazı ilə bağlı yeni təkliflər irəli sürüb


ABŞ vasitəçilərlə bəzi təkliflər irəli sürüb, İran isə Hörmüz boğazının açılması ilə bağlı tutduğu mövqedən geri çəkilmir.

"Report" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam Şurası Məclisinin plenar sessiyasında bildirib.

"Mediada başqa cür danışan amerikalılar, bu yaxınlarda vasitəçilər vasitəsilə bəzi təkliflər irəli sürüblər. Amma onlar anlamalıdırlar ki, vaxtı uzatmaq və birtərəfli tələbləri diktə etmək dövrü keçib. İranın mövqeyi tamamilə aydın və qətidir", - o bildirib və əlavə edib ki, İslamabad anlaşmasına əsaslanan yeddi şərt yerinə yetirilməlidir, əks halda Hörmüz boğazı açılmayacaq.

Onun sözlərinə görə, İran ABŞ-dən qorxmur.

Xatırladaq ki, sentyabrın 30-da "Axios"da yayılan yazıda qeyd olunub ki, qətərli vasitəçilərin ABŞ və İran arasındakı münasibətlərdə diplomatik irəliləyişə nail olmaq cəhdləri əhəmiyyətli nəticələr verməyib. ABŞ və İran arasında münaqişənin nizamlanması çərçivəsində son təmaslar isə sentyabrın 29-da olub

Oxşar xəbərlər

Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər