"Siemens Energy" Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
"Green Corridor Alliance" birgə müəssisəsi və Almaniyanın "Siemens Energy" şirkəti Transxəzər yaşıl enerji dəhlizi layihəsi çərçivəsində elektrik ötürmə sistemlərinin yaradılması sahəsində tərəfdaşlığın qurulması üçün baza formalaşdıran Anlaşma Memorandumu imzalayıblar.
"Report" xəbər verir ki, bunu "Green Corridor Alliance"ın baş direktoru Tural Əliyev bildirib.
İmzalanmış sənəd irimiqyaslı enerji layihəsinin həyata keçirilməsi kontekstində tərəflərin qarşılıqlı fəaliyyət istiqamətlərini, o cümlədən mümkün konsaltinq formatlarını müəyyən edir. Memorandum Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Almaniyaya rəsmi səfəri çərçivəsində Berlində baş tutmuş Qazaxıstan-Almaniya biznes-forumunun kuluarlarında imzalanıb.
Qeyd edək ki, tərəflər bu ilin iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində Məxfilik sazişi (NDA) imzalayıblar.
Azərbaycanın günəş enerjisi sahəsində əhəmiyyətli potensiala malik Qazaxıstan və Özbəkistanla birgə formalaşdırdığı "Mərkəzi Asiya-Azərbaycan" enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz dəhlizi ilə inteqrasiya oluna və iki dəniz vasitəsilə Mərkəzi Asiyanın geniş regionları ilə Avropa arasında əlaqələndirici marşrut yarada bilər. Azərbaycan, Qazaxıstan və Özbəkistan 2025-ci il aprelin 4-də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinə başlanması barədə qərar qəbul edib. İştirakçılar üç dövlətin enerji sistemlərinin inteqrasiyasını və bərpa olunan enerjinin Avropaya nəqli marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının işlənib hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













