Riyad Mahrez Qətərin "Əl-Şamal" klubunun futbolçusu olacaq
Far.Az xəbər saytı

Riyad Mahrez Qətərin "Əl-Şamal" klubunun futbolçusu olacaq


İngiltərənin "Mançester Siti" klubunun sabiq yarımmüdafiəçisi Riyad Mahrez Qətərin "Əl-Şamal" komandasına keçəcək.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 35 yaşlı əlcəzairli oyunçu ilə qısamüddətli müqavilə imzalanacaq.

Səudiyyə Ərəbistanının "Əl-Əhli" kollektivindən ayrılan futbolçu hazırda azad agent statusundadır. O, ötən mövsüm bu komandanın heyətində bütün turnirlərdə 44 matçda meydanda olub, 8 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli idmançı daha əvvəl "Mançester Siti" ilə yanaşı, İngiltərənin "Lester" və Fransanın "Havr" klublarının da şərəfini qoruyub.

Futbolçu iyulda Əlcəzair millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Messi yığma karyerasını başa vurdu – DÇ-2026-dan sonra daha hansı ulduzlar getdi?
Riyad Mahrez Əlcəzair yığmasındakı karyerasını başa vurub
Avropanın TOP-5 liqasında mövsümün sürpriz bombardirləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər