Məcnun Məmmədov: "Cəbrayılda ilk istixana sənaye zonası qurulur"
Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayıl rayonunda qurulur.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu rayonda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk dəfə ölkədə istixanaların məhz sənaye zonası, vahid məkanda təşkili nəzərdə tutulub: "Özəl sektor tərəfindən investisiya qoyulması, kommunikasiya xətlərinin, elektrik və qaz xətlərinin isə dövlət tərəfindən çəkilməsi nəzərdə tutulub. İlk belə layihə azad olunmuş ərazilərdə, Cəbrayıl rayonunda qurulmuş Araz Vadisi Sənaye Zonasının qarşısında həyata keçirilir. Bunun məqsədi də məhz emal sənayesinin orada qurulması imkanlarının və potensialının olmasıdır".
Nazir qeyd edib ki, eyni zamanda, ərazinin Zəngəzur dəhlizi yolu üzərində yerləşməsi gələcəkdə məhsul ixracını logistik baxımdan daha da asanlaşdıracaq.
M. Məmmədov həmçinin vurğulayıb ki, aqrar sahədə dronların tətbiqi də genişləndiriləcək: "Dron tətbiqi ölkədə yenidir. Əlbəttə ki, həm fermerlərin, həm də şirkətlərin buna alışması lazımdır. Dronların tətbiqi hazırda nəzarətli şəkildə həyata keçirilir. Düşünürük ki, inkişaf səviyyəsi artdıqca və onun daha yaxın tətbiqi dəqiqləşdikcə, dronların istifadəsi genişlənəcək. Nazirlik və Aqrar İnnovasiya Mərkəzi olaraq dron operatorlarının yetişdirilməsi, aqrar sahədə dronların istifadəsi üzrə təlimlər keçirməyə davam edirik".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi
-
Messinin Argentina millisində son oyunu bəlli oldu













