Ramin Məmmədov Kürdəmirdəki məscidləri ziyarət edib, din xadimləri ilə müzakirə aparıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kürdəmir şəhərindəki "Cümə" və Sığırlı kəndində yerləşən "Fatimeyi-Zəhra" məscidlərini ziyarət edib.
"Far.Az" xəbər verir ki, ibadət evlərində icma üzvləri ilə görüşən komitə sədri Azərbaycanda milli-mənəvi dəyərlərin, o cümlədən İslam irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dini və mədəni müxtəlifliyin bərqərar olduğu, qarşılıqlı hörmət və anlaşmanın möhkəmləndirildiyi ölkə kimi beynəlxalq müstəvidə də böyük nüfuz qazanıb. Azərbaycanın müxtəlif mötəbər beynəlxalq tədbirlərə, dinlər və sivilizasiyalar arasında dialoq və tərəfdaşlığın təşviqinə xidmət edən platformalara ev sahibliyi etməsi ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, eyni zamanda qlobal sülh və qarşılıqlı etimadın təşviqi istiqamətində verdiyi töhfələrin göstəricisidir.
Ramin Məmmədov respublikada hökm sürən ictimai-siyasi sabitlik, dini konfessiyalar arasında qarşılıqlı hörmət və əməkdaşlığın cəmiyyətin bütövlüyünü və dayanıqlılığını şərtləndirən başlıca amillərdən olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda müxtəlif dini icmaların dinc yanaşı yaşaması və onların fəaliyyətinə yaradılan əlverişli şərait dövlətin tolerantlıq siyasətinin mühüm nəticələrindəndir.
Komitə sədri, həmçinin ölkə ərazisində dini-mədəni irsin qorunmasına göstərilən diqqətdən danışaraq bildirib ki, İslam dini abidələrinin mühafizəsi, bərpası və yenidən qurulması, eləcə də müxtəlif bölgələrdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni məscidlərin inşası bu sahəyə verilən önəmin bariz nümunəsidir.
Görüşlər zamanı din xadimləri və icma nümayəndələri dini sahəyə yönəldilən dövlət qayğısını yüksək qiymətləndirərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşlərdə dini icmaların fəaliyyəti, aktual məsələlər və onların həlli istiqamətində görüləcək işlər barədə də müzakirələr aparılıb.
Oxşar xəbərlər
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Din xadimləri Xankəndidə Zəfər parkı və Zəfər meydanını ziyarət ediblər
Şuşaya gələn din xadimləri Yuxarı və Aşağı Gövhər ağa məscidlərini ziyarət ediblər - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













