İngiltərədə miqrant əleyhinə keçirilən aksiyada 12 etirazçı saxlanılıb
Far.Az xəbər saytı

İngiltərədə miqrant əleyhinə keçirilən aksiyada 12 etirazçı saxlanılıb


İngiltərənin Hempşir qraflığında miqrantlar əleyhinə keçirilən etiraz aksiyasından sonra 12 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanları saxlanılanları bir sıra hüquqpozmalarda, o cümlədən polis əməkdaşına hücumda, əmlaka qəsdən ziyan vurmaqda və sərxoş vəziyyətdə ictimai asayişi pozmaqda şübhəli bilir.

Hadisə yerində az sayda polis əməkdaşına aldıqları xəsarətlərlə əlaqədar tibbi yardım göstərilib.

Saxlanılanların hamısı hələ də nəzarət altındadır.

Qeyd olunub ki, oktyabrın 4-də nümayişçilər, hakimiyyətin göyərtəsində 149 miqrant olan qayığın gəlişinə hazırlaşdığı barədə məlumatlar fonunda Qosportdakı yanalma körpüsünün yaxınlığında toplaşıblar.

Qayıq İngiltərə sularına çatana qədər onu Fransa xilasedici gəmiləri müşayiət edib. Daha sonra qayığı Kral Milli Xilasetmə Xidmətinin (RNLI) iki kateri qarşılayıb.

Etiraz aksiyası zamanı 350-yə yaxın insan toplaşıb.

Oxşar xəbərlər

"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər